Əli Mirəliyev 'facebook'da oturanları tənqid etdi: 'Hamınız bekar adamlarsız'
MAQAZİN
17:49 12.12.2012
2173
Müğənni Əli Mirəliyev sosial şəbəkələrin əleyhinə çıxıb. Qalmaqallı ifaçı Gün.Az-a açıqlamasında bəzi həmkarlarının ünvanına söz atıb. Onları yaradıcılıqla məşğul olmaq əvəzinə Facebook-da vaxt itirməkdə qınayıb. “Müğənni sosial şəbəkələrdə oturmaqdansa gözəl mahnılar oxumalıdır. Vaxtını yaradıcılığına sərf etməlidir. Sosial şəbəkələrdə vaxt keçirənlər, bekar adamlardı. Mən Facebook-da oturmağı boş vaxt itkisi hesab edirəm. Ondansa bəstəkar və xalq mahnılarını öyrənsinlər. Səslərinə düşən mahnıları öyrənsinlər. Facebook-da vaxt keçirmək müğənnilərə fayda gətirməyəcək”.