Əlikram Bayramov oğluna gəlinsiz toy etdi - FOTOLAR

Əlikram Bayramov oğluna gəlinsiz toy etdi - FOTOLAR
ŞOU-BİZNES
11:23 16.05.2015
7684

Müğənni Əlikram Bayramov oğlu Qalib üçün üç gün toy edib.Axşam.az-ın məlumatına görə,sənətçi açıqlamasında mərasimin birinin rayonda baş tutduğunu bildirib. Paytaxtda keçirilən iki məclisin birində yalnız ifaçının sənət dostları, digərində isə qohumlarıiştirak edib.Ötən gün baş tutan mərasimdə sənət aləminin tanınmış simaları yer alıb.Ə.Bayramov açıqlamasında bunları deyib:“Evlənəndən sonra övladımın mənimlə yaşamasını istəmirəm. Ayrı ev almışam. Getsin həyat yoldaşıyla orada qalsın. Bir oğlum var deyə, onu öz yanımda saxlayan deyiləm. Onda məsuliyyəti olmayacaq. Gəlini mənim yanıma atıb, gedəcək. Mən tək yaşamışam, ailəmi saxlamışam. O da getsin xanımını saxlasın. Baba olmağı çox istəyirəm".Mediaya qapalı olan toydan fotolar sosial şəbəkədə paylaşılıb.

OXŞAR XƏBƏRLƏR