Əlillik təyinatlarında süni intellektdən istifadə olunacaq - VİDEO

Əlillik təyinatlarında süni intellektdən istifadə olunacaq - VİDEO
SOSİAL
22:46 05.02.2026
785
Əlillik təyinatlarında süni intellekt həlləri sınaqdan keçirilir.

AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, bu sözləri  DOST Rəqəmsal İnnovasiyalar Mərkəzinin direktoru Kənan Əkbərov qurumun keçən ilin yekunlarına həsr olunan brifinqdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bu il sosial xidmətlərin təkmilləşdirilməsində əsas üstünlük süni intellekt əsaslı həllərə veriləcək.

Mərkəzin direktoru Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin saytında "işə qəbul" portalı yaradıldığına da diqqət çəkib. Bildirib ki, vətəndaşlar buradan vakansiyaları görə bilərlər. O, sistem vasitəsilə işə qəbul prosesini izləmək də mümkündür.

Mərkəzin direktoru xəstəlik vərəqələrinin elektronlaşdırılması ilə bağlı tərərrüatlara da aydınlıq gətirib.

Onun sözlərinə görə, cari ildə elektron əmək birjasının yaradılması da nəzərdə tutulur.

"Məqsəd müxtəlif sahələrdə xidmət göstərən şəxslərin öz xidmətləri barədə məlumatlarını sistemdə yerləşdirə bilməsidir”,- deyə Kənan Əkbərov vurğulayıb.

OXŞAR XƏBƏRLƏR