02:22 Bazar Günü, 18 Noyabr 2018
DÜNYA

"Əlimizdə Haşoqqi cinayəti ilə bağlı mətbuata açıqlanmayan bəzi dəlillər var" - Çavuşoğlu

14:12, 06.11.20182455
İnanmırıq ki, sanksiyalarla hər hansı nəticəyə gəlmək olar. Sanksiya əvəzinə mənalı dialoq və görüşlər keçirilsəydi, daha məqsədəuyğun olardı.

AZXEBER.COM Milli.az-a istinadla xəbər verir ki, bu sözləri Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Tokioda jurnalistlərlə söhbəti zaman söyləyib.

ABŞ-ın İrana qarşı tətbiq etdiyi sanksiyalar barədə fikrini bölüşən nazir bir sıra məsələlərə də toxunub. O, jurnalist Camal Haşoqqinin İstanbul baş konsulluğundakı qətli barədə də danışıb və bildirib ki, mediaya açıqlanmayan sübutlar da var:

"Əlimizdə bəzi dəlillər var ki, bunların bir hissəsini mətbuata açıqlamışıq. Bu sübutları səudiyyəlilərə, eləcə də görmək istəyən ölkələrə göstərmişik. Lakin mətbuata açıqlanmayan dəlillər də var. Araşdırmalar tam dəqiqləşəndən sonra ictimaiyyətə də açıqlayacağıq".
XƏBƏR LENTİ