06:08 çərşənbə, 19 Dekabr 2018
İDMAN

Əliyar Ağayev Avropa Liqasının pley-off oyununa təyinat aldı

15:44, 09.08.20183620
Əliyar Ağayev Avropa Liqasının pley-off oyununa təyinat aldı
Əliyar Ağayev UEFA-dan yeni təyinat alıb.

AZXEBER.COM AFFA-nın saytına istinadən xəbər verir ki, FİFA referisi UEFA Avropa Liqasının pley-off mərhələsi çərçivəsində "Yaqelloniya" (Polşa) - "Gent" (Belçika) cütünün qalibi ilə "Mariupol" (Ukrayna) - "Bordo" (Fransa) qarşılaşmanın qalibi arasında avqustun 23-də keçiriləcək oyunun baş hakimi olacaq.

Ona Rza Məmmədov və Zeynal Zeynalov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Orxan Məmmədov yerinə yetirəcək.
XƏBƏR LENTİ