Elman Rüstəmov Mərkəzi Banka üzv seçildi

İQTİSADİYYAT
12:42 03.04.2015
1725
Milli Məclisin bu gün keçirilən plenar iclasında Mərkəzi Bankın İdarə Heyətinin üzvlərinin təyin edilməsi barədə məsələ müzakirə edilib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə məlumat verib. O, hər iki şəxsin namizədliyini dəstəkləməyə çağırıb. 
Spiker Oqtay Əsədov isə öz növbəsində Elman Rüstəmovu işgüzar, peşəkar və təvazökar insan, kadr kimi qiymətlənidirib. Məsələ müzakirəyə edilmədən səsverməyə çıxarılıb və səs çoxluğu ilə Elman Rüstəmov, Xaqani Abdullayevin Mərkəzi Bankın İdarə Heyətinin üzvləyinə namizədliyini təsdiq edilib.

OXŞAR XƏBƏRLƏR