13:28 çərşənbə, 11 Dekabr 2019
SİYASƏT

Elmar Məmmədyarov: "Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir"

12:03, 08.07.20191792
Elmar Məmmədyarov:
Azərbaycan hələ də öz müstəqilliyini gücləndirməlidir.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov Azərbaycanın "Diplomatik xidmət orqanlarının 100 illiyi" münasibətilə keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

Xarici İşlər naziri qeyd edib: "Azərbaycan hələ də öz müstəqilliyini və suverenliyini gücləndirməli, ərazi bütövlüyünü təmin etməlidir".

E.Məmmədyarov Azərbaycanın xarici siyasət prioritetlərindən də danışıb. Bildirib ki, ölkəmizin əsas xarici siyasət prioriteti Azərbaycanın müstəqilliyinin möhkəmləndirilməsidir.

Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti barədə ətraflı məlumat verib.

Xarici İşlər naziri müasir müstəqil Azərbaycan dövlətinin yaranmasından və inkişafından, onun xarici siyasətindən danışıb.
XƏBƏR LENTİ