NATO-nun və Əfqanıstanda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələrinə töhfə verən dövlətlərin xarici işlər nazirlərinin iclasında iştirak etmək məqsədilə Brüsselə səfər edən xarici işlər naziri Elmar Məmmədyarov, səfər çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib.
AZXEBER.COM XİN-in rəsmi saytına istinadən xəbər verir ki, E.Məmmədyarovun Türkiyə, Xorvatiya, Estoniya, Gürcüstan, Rumıniya və Finlandiya xarici işlər nazirləri ilə ikitərəfli görüşləri olub.Görüşlər zamanı tərəflər NATO-nun Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri əməliyyatı, regional məsələlər, eləcə də enerji təhlükəsizliyi və müxtəlif sahələri əhatə edən ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə ediblər.