Elmar Məmmədyarov Kiyevdə bir sıra ikitərəfli görüşlər keçirib

SİYASƏT
10:00 06.12.2013
947

ATƏT-in Nazirlər Şurasının 20-ci iclasının açılış sessiyasında iştirak etmək məqsədilə Ukraynada səfərdə olan nazir Elmar Məmmədyarov bir sıra ikitərəfli görüşlər keçirib.

AZXEBER.COM XİN-in rəsmi saytına istinadən xəbər verir ki, ATƏT-in baş katibi Lamberto Zannier, eləcə də Gürcüstan, Belarus, Türkiyə və Qazaxıstan xarici işlər nazirləri ilə ikitərəfli müzakirələr aparılıb.Görüşlər zamanı regional məsələlər, Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri əsasında həlli yolları, həmçinin ikitərəfli əməkdaşlıq məsələləri müzakirə edilib.

OXŞAR XƏBƏRLƏR