20:52 Cümə Axşamı, 21 Fevral 2019
İDMAN

Elmira Süleymanova baş prokurora və milli təhlükəsizlik nazirinə müraciət etdi

23:53, 01.09.20111267
Elmira Süleymanova baş prokurora və milli təhlükəsizlik nazirinə müraciət etdi

Hüquqları üzrə Müvəkkili Elmira Süleymanova baş prokuror və milli təhlükəsizlik nazirinə müraciət edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Elmira Süleymanovaya ATƏT in Bakı Ofisindən və digər mənbələrdən daxil olmuş məlumatlarda 24 avqust 2011-ci il tarixdə Naxçıvan Muxtar Respublikası Culfa rayonunun Ərəzin kənd sakini Turac Zeynalovun muxtar respublikanın Milli Təhlükəsizlik Nazirliyinə çağırıldığı, həmin gün evə qayıtmadığı, orada zorakılığa məruz qaldığı, bir gün sonra isə onun cəsədinin Mərkəzi Xəstəxananın meyitxanasına verildiyi, 28 avqust tarixdə qohumlarına xəbər verilmədən yaşadığı kəndə aparıldığı bildirilib. Müvəkkil müraciətlərdə göstərilmiş halların araşdırılması və nəticəsi barədə məlumat verilməsi ilə bağlı baş prokuror və milli təhlükəsizlik nazirinə müraciət edib.

XƏBƏR LENTİ