Elmlər doktoru: “Novruz bayramında şəhərlərarası gediş-gəliş minimuma endirilməlidir”

Elmlər doktoru: “Novruz bayramında şəhərlərarası gediş-gəliş minimuma endirilməlidir”
SOSİAL
21:36 17.03.2021
520
"Son günlər Azərbaycanda koronavirusa yoluxma saylarında sürətli artım istisna etmir ki, ölkədə Britaniya ştammları var. Yeni ştammın olması və onun yaradacağı təhlükə haqqında kifayət qədər elmi tədqiqatları ictimaiyyətin nəzərinə çatdırmışam”.

AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu fikirləri Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universiteti Klinikasının tibb elmləri doktoru, azərbaycanlı alim Nuran Abdullayev deyib.

Onun sözlərinə görə, yeni ştammın təhlükəsi ondan ibarətdir ki, bilinən virusdan fərqli olaraq yoluxma əmsalı daha çoxdur:

"Əgər bir qrafik çərçivəsində elmi statistikalara əsaslanan xəttlərə diqqət yetirsək görərik ki, həqiqətən virusa iki fərqli virus kimi baxmaq olur. Belə ki, Almaniyada aparılan son tədqiqatlarda bunu çox yaxşı görmək olur ki, daha əvvəldən bildiyimiz və pandemiyaya səbəb olacaq növə yoluxanların sayı aşağı düşür, ancaq yeni yoluxanların sayı artıdqca onların içərisində Britaniya ştammı həddindən çox üstünlük təşkil edir. Bu da ciddi problemlərə səbəb olur. Problemlərin əsası da odur ki, qısa zaman içərisində çox sayda insanın birdən yoluxması ilə bütün səhiyyə sistemində olan boşluqlar daha qabarıq üzə çıxaraq əhaliyə lazımi tibbi xidmət göstərilməyə bilər. Nəticədə səbəbsiz ölüm sayları çoxala bilər. Gecikmiş tibbi xidmət insanlara vaxtında göstərilmədiyindən ölümə səbəb ola bilər”.

"Bugünkü saylar onu deməyə əsas verir ki, yeni ştamm artıq Azərbaycanda da var və bu, yeni strategiyaların seçilməsinə zəmin yaradır. Saylar çoxalarsa maksimum şəkildə bunun qarşısını almaq üçün insanların bir-biri ilə canlı ünsiyyətləri, eləcə də qapalı şəraitdə görüşləri, ailələrarası görüşlər, Novruz bayramı ərəfəsində qonaq getmələr, şəhərlərarası gediş-gəliş minimuma endirilməlidir ki, virus ətrafa yayılmasın. Bundan başqa, müasir elmin dediyi kimi karantin və izolyasiya tədbirlərinə də xüsusi dəyişikliklər edilməlidir və virusun yayılmağa başladığı bütün klasterlər nəzarətə götürülməlidir ki, görüləcək tədbirlər effektli olsun, əks halda görülən tədbirlərlə virusun yayılmasının qarşısı lazımı səviyyədə alınmaya bilər” - deyə mütəxəssis fikirlərinə əlavə edib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
16:23 28.06.2025
Rusiyada şovinist siyasətin yeni dalğası: Miqrantlara və qeyri-ruslara qarşı sistemli təzyiqlər
Bakıda güclü iqtisadi əməkdaşlıq görüşü baş tutdu-FOTOLAR
16:21 28.06.2025
Bakıda güclü iqtisadi əməkdaşlıq görüşü baş tutdu-FOTOLAR
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
16:16 28.06.2025
Rusiyada qətlə yetirilənlərin cənazələrinin Azərbaycana gətiriləcəyi TARİX BİLİNDİ
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
15:57 28.06.2025
KİV: Moskva vilayətində yüngül mühərrikli təyyarə qəzaya uğrayıb, ölənlər var
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
15:45 28.06.2025
Təhsil eksperti Nadir İsrafilov vəfat edib
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
15:28 28.06.2025
Kürdəmirdə ətrafı zibilləyən 4 nəfər məsuliyyətə cəlb olundu
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
15:14 28.06.2025
Lerikdə qardaşlar qonşunun arvadını döydülər
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
14:51 28.06.2025
Zakir Həsənov: Azərbaycan Ordusu regionda sülh və əmin-amanlığın təminatçısına çevrilib
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
14:46 28.06.2025
Masallıda baş verən qəzada 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
14:21 28.06.2025
Yekaterinburqda öldürülən azərbaycanlıların sayı 5-Ə ÇATDI
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
14:17 28.06.2025
Energetika hər bir ölkənin milli təhlükəsizliyi məsələsidir
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
14:10 28.06.2025
Rəsmi Bakı Rusiyadan azərbaycanlıların qətlinin araşdırılmasını tələb edib
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
13:56 28.06.2025
Rusiyanın müvəqqəti işlər vəkili Azərbaycan XİN-ə çağırıldı
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
13:50 28.06.2025
Rusiyada OMON-çuların öldürdüyü azərbaycanlıların qohumu: "Xüsusi işgəncələr verilib"
Qadın güləşçimiz karyerasını bitirdi
13:40 28.06.2025
Qadın güləşçimiz karyerasını bitirdi
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO
13:25 28.06.2025
İran əsilli xarici vətəndaşların Azərbaycana təxliyəsi davam edir - FOTO