Müğənni Elnarə Xəlilovanın 101 FM-də yayımlanan "Konfet" verilişinin növbəti qonağı modelyer Elnarə Bəkirova olub.
Sənətçi proqram zamanı Natavan Həbibiyə söz atıb. O, modelyerə "Bəziləri toyunda üç gəlinlik geyinir. Buna necə baxırsınız" sualını ünvanlayıb.
Modelyer isə "Bəli, geyinirlər. Amma bu, onların öz işidir" sözlərini deyib. Elnarə isə "Amma geyinənlər var" cavabını verib.
Qeyd edək ki, gəlinlərin bir neçə gəlinlik dəyişməsi ilk dəfə Türkiyədə məşhurların toyunda baş tutub. Buna misal olaraq Sinan Akçılın həyat yoldaşı, Buse Varol, Neslihan Atagül, Can Bonomonun həyat yoldaşının adını çəkmək olar.
Azərbaycanda isə reper Səid Əliyevlə (Dado) 2017-ci ildə ailə quran Natavan toyunda üç gəlinlik dəyişib.
///Axşam.az