Elnur “Sevmədim səndən başqa”nı təqdim etdi - AUDİO

Elnur “Sevmədim səndən başqa”nı təqdim etdi - AUDİO
MAQAZİN
10:16 13.01.2026
246
Müğənni Elnur Məmmədov yaradıcılığına yeni mahnı əlavə edib. 

AZXEBER.COM xəbər verir ki, sənətçinin təqdim etdiyi yeni mahnı "Sevmədim səndən başqa” adlanır.

Lirik ab-havası və duyğusal melodiyası ilə seçilən mahnının sözləri və musiqisi Əli Əliyevə, aranjemanı isə Rasim Əsgərova məxsusdur.

Elnur Məmmədovun yeni layihəsi onun repertuarına fərqli rəng qatmaqla yanaşı, müğənninin dəsti-xəttini də qoruyub saxlayır. 

"Sevmədim səndən başqa” artıq müğənninin "youtube" kanalında və bütün rəqəmsal musiqi platformalarında yayımdadır.
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR