Eldar Namazova məsləhət görərdim ki, Rüstəm müəllimin yolunu balaca uşaqlar, bayramda hədiyyə gözləyən təki məlul-məlul gözləməsin.
“EL”hərəkatı bu dəqiqə Rüstəm müəllimin türklər demiş heç “umurunda” belə deyil.
Başı qarışıqdır. Hələ festifal keçirməklə məşğuldur. Onun yalnız asudə vaxtı olanda demokratiya, hərəkat, ittifaq tipli məsələlərə zaman ayıra bilir.
Bu fikirləri politoloq Elşən Musayev “Ziyalılar forumu”nun üzvü Eldar Namazovun 12 martda planlaşdırılan “EL”hərəkatının təqdimatında Rüstəm İbrahimbəyovun da iştirakını arzulaması ilə bağlı açıqlamasına münasibət bildirərkən söyləyib.
Politoloq daha sonra bunları qeyd edib:
“Rüstəm müəllim bir müddət öncə müsahibələrində də qeyd edib ki, bir daha Azərbaycana dönmək və təslim olmaq (?!) fikri yoxdur. Diqqət edin: təslim olmaq kəlməsini özü öz dilindən səsləndirib. Bilirsinizmi niyə?
Çünki artıq indiyə qədərki bütün fırıldaqlarının, demokratiya adı altında cəmiyyətə sırımaq istədiyi sabotajın, ən nəhayət ard-arda gələn uğursuzluqların fərqindədir.
Adam yorulub, usanıb, öz bəxti ilə barışıb. Zatən gözlənilən də bu idi: 70 yaşında anidən demokrat olacaq, Eldar Namazaovun fitnəsinə uyacaq birinin başqa bir perspektivi ola bilməzdi.
Necə deyərlər, adam gec də olsa qəflət yuxusundan ayılıb və Eldar Namazovun onun qayıdışına hesablanan “bişim-bişim”lərinə qarşı artıq adekvat deyil.
Heç düşünürəm ki, “EL” hərəkatı da onun üçün artıq ciddi maraq kəs etmir. Rüstəm müəllim “başını buraxıb” belə mənasız işlərin.
Və, son olaraq qeyd edim ki, E.Namazovun məlum açıqlamasında diqqətimi çəkən digər bir məqam da var.
O, vurğulayır: “12 mart uğurlu gündür. Bayram günüdür. Orada Novruz bayramını da nəzərə alacayıq. Çalışıb elə quracağıq ki, tədbir ənənəvi tədbirlərdən fərqlənsin. Orda yaxşı qarşılanma, maraqlı surprizlər, həm də ziyafət olacaq”.
Nə deyim, əhsən! Gözləyək Eldar müəllimin surprizlərini. Görək “Kosa”və “Keçəl” obrazını kimlər ifa edəcək. Və ya məclisə təşrif buyuran qonaqlara qoğalları, şəkərburaları kim paylayacaq”.