"Çelsi" klubu Dioqu Jotanın ailəsinə yardım edəcək

"Çelsi" klubu Dioqu Jotanın ailəsinə yardım edəcək
İDMAN
18:45 14.08.2025
177
London təmsilçisi "Çelsi" klublararası dünya çempionatında qələbəyə görə qazanılan mükafatın bir hissəsini "Liverpul"un vəfat etmiş futbolçusu Dioqu Jota və onun qardaşı Andre Silvanın ailəsinə bağışlayacaq.

Bu barədə "The Athletic” internet nəşri məlumat yayıb.

Jotanın ailəsi təxminən 13,3 milyon avro alacaq.

Dioqu Jota qardaşı ilə birlikdə İspaniyada avtomobil qəzasında faciəli şəkildə vəfat edib.

Xatırladaq ki, "Çelsi" klublararası dünya çempionatının finalında PSJ-ni 3:0 hesabı ilə məğlub etmişdi.
OXŞAR XƏBƏRLƏR