“Çelsi” portuqaliyalı futbolçu ilə müqaviləni pozdu

“Çelsi” portuqaliyalı futbolçu ilə müqaviləni pozdu
İDMAN
19:45 21.07.2025
296
İngiltərənin "Çelsi” komandası futbolçusu Renatu Vieqa ilə yollarını ayırıb.

Bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

Mənbənin sözlərinə görə, London klubu 21 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verib.

Portuqaliyalı oyunçu ötən il icarə əsasında İtaliyanın "Yuventus” komandasında çıxış edib.
 
//unikal
OXŞAR XƏBƏRLƏR