Bu gün Avropa Liqasında final oyunu keçiriləcək.
AZXEBER.COM xəbər verir ki, ilk dəfə Bakıda təşkil ediləcək həlledici matçda İngiltərə nəhəngləri – "Çelsi” və "Arsenal” üz-üzə gələcək.
London derbisi "topçular” üçün ikiqat əhəmiyyətlidi. Unay Emerinin komandası qələbə qazanmaqla həm də növbəti mövsüm Çempionlar Liqasına vəsiqə əldə etmək niyyətindədi. "Çelsi”nin isə artıq bu turnirə yollanacağı dəqiqləşib. Ancaq Maurisio Sarrinin komandası mövsümü titualla bitirmək niyyətindədi.
Bakı Olimpiya Stadionunda keçiriləcək "Çelsi” – "Arsenal” oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Avropa Liqası
Final
29 may
23:00. "Çelsi” (İngiltərə) – "Arsenal” (İngiltərə)
Baş hakim: Canluka Rokki (İtaliya)
Bakı Olimpiya Stadionu
***
"Arsenal”: 1. Petr Çex, 31. Sead Kolaşinats, 6. Loran Koselny, 5. Sokratis Papastatopulos, 18. Naço Monreal, 15. Enzli Meytlend-Naylz, 34. Qranit Caka, 11. Lukas Torreyra, 14. Pyer-Emerik Obameyanq, 10. Mesut Özil, 9. Aleksandr Lyakezett
"Çelsi”: 1. Kepa Arrisabalaqa, 28. Sesar Aspilikueta , 27. Andreas Kristiensen, 30. David Luis, 33. Emerson Palmieri, 17. Mateo Kovaçiç, 5. Jorjinyo, 7. Nqolo Kante, 11. Pedro Rodriqes, 18. Oliviye Jiru, 10. Eden Azar