'Çelsi'nin qələbəsi 'Tottenhem'i də üzdü

İDMAN
11:35 21.05.2012
1602
Çempionlar Liqasını qazanması tək "Bavariya"nı deyil, Londonun digər təmsilçisi "Tottenhem"i də üzüb.
AZXEBER.COM xəbər verir ki, Premyer Liqada dördüncü pilləni tutan "Tottenhem" qarşıdakı mövsüm Çempionlar Liqasında deyil, Avropa Liqasında mübarizə aparmalı olacaq. "Çelsi"nin qarşıdakı mövsüm Çempionlar Liqasında mübarizə aparması üçün bu kuboku qazanmağı lazım idi. Bir ölkədən isə beş klub bu mötəbər turnirdə təmsil edə bilməz. Məhz buna görə də, "Çelsi" Çempionlar Liqasının qalibi kimi bu turnirdə iştirak edəcək. Onunla yanaşı, “Mançester Siti”, “Mançester Yunayted”, “Arsenal” da İngiltərəni Avropada təmsil edəcək.

OXŞAR XƏBƏRLƏR