13:41 Bazar Günü, 21 Iyul 2019
ÖZƏL

Elxan Məmmədov: “İstəyirik ki, klublar da AFFA kimi şəffaf olsun”

10:49, 04.03.20191645
Elxan Məmmədov: “İstəyirik ki, klublar da AFFA kimi şəffaf olsun”
Bu gün AFFA-da hesabat konfransı keçirilir.

AZXEBER.COM xəbər verir ki, konfransda AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək, Azərbaycan Premyer Liqasında 8 komandanın yarışması məsələsinə toxunub:

"Biz də istəyirik komanda sayı 10 olsun. Bu gün 8 komandalı Premyer Liqada mübarizə gedir, autsayder yoxdur. Son pillədə olan komandalar da yaxşı mübarizə aparıb, liderdən xal alır. Maraqlı çempionat gedir. Biz də istərdik 10 komanda olsun. Bu gün 8 komandalı çempionatlarda klubların mailiyyə mənbəyi bilinir. Biz də klublarla əməkdaşlıq edirik. İstəyirik ki, klublar da AFFA kimi şəffaf olsun. Bir klubun Premyer Liqada iştirakı üçün 2 milyon manat lazımdır. Bunun 25 faizini əvvəlcədən sığortalamaq məqsədilə tələb edirik. Görürük ki, çempionatın yarısında bəzi komandalar fəaliyyətini dayandırmaq istəyir. Klublarda bəzən maaş problemi olur”.
XƏBƏR LENTİ