Əməkdar artist, ustad rəqqasə Aliyə Ramazanlı gözündən əməliyyat olunacaq. Rəqqasə bu haqda Milli.Az-a məlumat verib:“Gözümə mirvari suyu gəlib. Bir gözümdən əməliyyat olunmuşdum, o biri gözümdən isə 1 həftəyə yerli xəstəxanalardan birində əməliyyat olunacağam. Çox çətinlik çəkirəm, rahat gəzə bilmirəm. Mənə gözüm çox əziyyət verir. Ona görə bir çox yerə sərbəst gedə bilmirəm. Bir də görürsüz, verilişə dəvət edirlər, çəkiliş pavilyonuna gedib yıxılıram. İnanıram ki, Allah mənə kömək olacaq. Göz xəstəliyinə bizim kimi yaşlı insanlarda çox rast gəlinir”.Rəqqasə səbəbsiz yerə plastik əməliyyat keçirən sənətçilərdən də danışıb: