Emil Balayev rekorda doğru: 519 dəqiqədir qol buraxmır

Emil Balayev rekorda doğru: 519 dəqiqədir qol buraxmır
İDMAN
22:29 15.09.2019
2846
Qazaxıstan çempionatında 26-cı tura yekun vurulub.

Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" evdə "Okjetpes"i 1:0 hesabı ilə məğlub edib.

Emil Balayev start heyətdə yer alıb və sonadək mübarizə aparıb. 25 yaşlı qolkiper 519 dəqiqədir ki, qapısından top buraxmır. 

"Tobol" 55 xalla turnir cədvəlinə başçılıq edir. "Kayrat" 53 xalla 2-cidir. İki oyunu ehtiyatda olan "Astana" 50 xalla 3-cü sırada qərarlaşıb.
 
///Sportal.az
 

OXŞAR XƏBƏRLƏR