“Emin 444” Lotu Qulinin dostu imiş - Qətli sifariş edənin adı açıqlandı

“Emin 444” Lotu Qulinin dostu imiş - Qətli sifariş edənin adı açıqlandı
SOSİAL
22:47 11.05.2019
5416
Bakıda kriminal dairələrdə "Emin 444” və "Emin Massalinksi” ləqəbləri ilə tanınan kriminal avtoritet Emin Səfərovun qətlində altı nəfər iştirak edib. 

AZXEBER.COM-un məlumatına görə, qətl qurbanının qardaşı Elçin Səfərov Oxu.Az-a verdiyi açıqlamada qətlin ehtimal olunan sifarişçisinin adını açıqlayıb. 

Xatırladaq ki, mayın 10-a keçən gecə Binəqədi rayonunda, 6-cı mikrorayonun İsrafil Həşimov küçəsində əvvəllər məhkumluğu olan Səfərov Emin Ehtiram oğlunun qətlə yetirilib. Bir neçə nəfər arasında düşən davanın gedişatından E.Səfərov çoxsaylı bıçaq xəsarətləri alıb və hadisə yerində keçinib.

İlkin məlumata görə, məhkəmə tibbi ekspert müayinəsi zamanı meyitin üzərində 40-a yaxın bıçaq yarası aşkarlanıb. 7-ci polis bölməsinin (Binəqədi rayonu) əməkdaşları qətli törətməkdə şübhəli bilinən – 24 yaşlı Naxçıvan sakini Tağıyev Həsən Mərdan oğlunu saxlayıb. 

Ancaq mayın 11-də mərhumun qardaşı redaksiyaya zəng vuraraq, Emin Massalinskinin qətlinə kimin sifariş verdiyini açıqlayıb. 

Elçin Səfərovun sözlərinə görə, qətldən 10 gün əvvəl qardaşı və 6-cı mikrorayonda yaşayan sələmçi Z.Y. arasında ciddi münaqişə meydana gəlib. Z.Y. Emin Səfərovu gəncləri yoldan çıxarmasına biganə qalmayacağına xəbərdar edib. İddia olunur ki, Eminin qətlini Z. Y. sifariş edib:

"Qətl gecəsi Emin idmançı dostları ilə maşında olub. Avtomobilə Z.-nin atası Ə.Y. yaxınlaşıb və qardaşımla söhbət etmək üçün onu bir kənara çəkilməyə çağırıb. Emin hər hansı təhlükə hiss etmədiyindən, dostlarını buraxıb. O tək qalanda üzərinə altı nəfər hücum çəkib”, -deyə Elçin Səfərov bildirib.

Zərərçəkən tərəf iddia edir ki, cinayətkarlar maşına minərək, Elçinə 78 bıçaq zərbəsi endirib. Onlar onu tros vasitəsilə boğublar. Bütün bunlar məhkəmə-tibbi ekspert rəyində də göstərilib. Bundan başqa, münaqişədə konkret şəxlərin iştirak etməsinə işarə edən "WhatsApp” yazışmalar var. 

Elçin Səfərovun bildirdiyinə görə, yalnız bir nəfər saxlanılıb, qalan qətl iştirakçıları isə azadlıqdadır. O əmin edir ki, bir neçə şəxsin qətldə iştirak etməsi faktını təsdiq edə biləcək şahidlər var. 

Qeyd edək ki, mayın 11-də Elçin Səfərovu ifadə vermək üçün rayon prokurorluğuna çağırıblar. 

Əldə etdiyimiz məlumata görə, "Emin 444” (onu sürdüyü avtomobilin dövlət nömrə nişanındakı rəqəmlərə görə belə adlandırıblar), kriminal dairələrdə avtoritetə malik olub, belə ki, qanuni oğru Nadir Səlifov (Lotu Quli - hazırda Dubayda yaşayır) qruplaşmasına aid olub, Emin Massallinski ləqəbi ilə tanınıb. Bundan başqa, mərhumun qardaşının dediyinə görə, Emin Qulinin yaxın dostu olub, onunla eyni həbsxanada – 8 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkib.

Emin Səfərovun adı 2013-cü ilin yanvar ayında qaldırılmış cinayət işində - Vüqar Orucovun qətli və Bəxtiyar Orucovun yaralanmasında hallanıb.

Cinayət hadisəsi yanvarın 28-də Nərimanov rayonunda törədilib. Həmin cinayətə görə E.Səfərov altı il azadlıqdan məhrum edilmişdi. Beş il cəza çəkdikdən sonra şərti azadlığa çıxmışdı.

Emin Massallinski ötən il odlu silah saxlamaya görə həbs olunmuşdu. Ancaq bu səfər də, dəmir barmaqlıqlar arxasında çox qalmamışdı. Səfərov bu yaxınlarda vaxtından əvvəl azad edilmişdi.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
13:53 23.08.2025
İslamabad və Dəkkə ikitərəfli münasibətləri inkişaf etdirəcəklər
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
13:42 23.08.2025
Zelenski: Ukrayna öz torpaqlarından imtina etməyəcək
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
13:30 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Bazar günü 38 dərəcə isti olacaq
13:14 23.08.2025
Bazar günü 38 dərəcə isti olacaq
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
12:54 23.08.2025
Azərbaycan, Türkmənistan və Özbəkistan nəqliyyat və kommunikasiyalar üzrə Birgə İşçi Qrupu yaradır
Nadir Qafarzadənin evində toy olacaq
12:47 23.08.2025
Nadir Qafarzadənin evində toy olacaq
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
12:36 23.08.2025
Bakı, Daşkənd və Aşqabad strateji tərəfdaşlığın möhkəmləndirilməsi kursunu təsdiqləyən birgə bəyanat qəbul edib
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
12:26 23.08.2025
Azərbaycanda avtomobil nəqliyyatı ilə beynəlxalq daşımalar 10 % artıb
İran bir neçə ölkədə silah zavodları tikdi
12:11 23.08.2025
İran bir neçə ölkədə silah zavodları tikdi
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
11:59 23.08.2025
Paytaxtın bu ərazisində hərəkət məhdudlaşdırılacaq
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
11:38 23.08.2025
Yasamalda 45 yaşlı qadın qətlə yetirildi
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
11:34 23.08.2025
Valentina Matviyenko Mehriban Əliyevanı doğum günü münasibətilə təbrik edib
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
11:31 23.08.2025
İlham Əliyev Türkmənistana səfəri ilə bağlı paylaşım etdi - VİDEO
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
11:22 23.08.2025
Rusiyalı alpinist 4 il əvvəl həyat yoldaşının öldüyü yüksəklikdə vəfat edib
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
11:20 23.08.2025
Hacıbəy Heydərli: “Sosial media səhifələrinin səbəb göstərilmədən silinməsi ciddi təhlükə və təhdid yaradır”
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb
11:14 23.08.2025
Ukraynada “MiQ-29” qırıcısı qəzaya uğrayıb, pilot ölüb