"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyununa çıxacaq. AZXEBER.COM xəbər verir ki, Qurban Qurbanovun baş məşqçisi olduğu kollektiv İngiltərədə "Nyukasl"la münasibətlərə aydınlıq gətirəcək. Matç saat 00:00-da start götürəcək. Qarşılaşmanı italiyalı FIFA referisi Davide Massa idarə edəcək. Xatırladaq ki, Bakıdakı ilk görüşdə "Nyukasl" 6:1 hesabı ilə qalib gəlib.