UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində mübarizə aparan "Qarabağ" bu gün doğma meydanda "Şkendiya"nı qəbul edəcək.
AZXEBER.COM xəbər verir ki, görüş saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.
Xatırladaq ki, görüşün qalibi UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Ferentsvaroş" - "Ludoqorets" cütünün qalibi ilə üz-üzə gələcək. Hər iki cütün məğlubu isə UEFA Avropa Liqasının pley-off mərhələsində, Liqa mərhələsinə vəsiqə uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, "Qarabağ"la "Şkendiya" arasında keçirilən ilk görüşü təmsilçimizin 1:0 hesablı qələbəsi ilə yekunlaşmışdı.