Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununa 14500 bilet satılıb

Çempionlar Liqası: "Qarabağ"ın cavab oyununa 14500 bilet satılıb
İDMAN
12:58 08.08.2025
184
Bakıda "Qarabağ" və Şimali Makedoniyanın "Şkendiya" komandaları arasında keçiriləcək UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununa indiyədək 14500 bilet satılıb.

Bu barədə AZXEBER.COM-a Azərbaycan çempionunun mətbuat xidmətindən məlumat verilib.

Qeyd edək ki, avqustun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək. Səfərdəki görüşdə "köhlən atlar" rəqibi bir cavabsız qolla üstələyib.
OXŞAR XƏBƏRLƏR