Emre Aydın Bakı konsertində səhnəni hansı müğənnimizlə bölüşəcək? - FOTO
MAQAZİN
18:30 22.10.2012
2111
“A plus production” və “ALL Stars”ın birgə təşkil etdiyi konsertdə Emre ilə yanaşı, tanınmış türk dj-i Erdi Erdoğan və bizim dj Çina da iştirak edəcəklər.Təşkilatçı Əli Hüseynovun verdiyi məlumata görə, Emre ilə eyni səhnəni bölüşən tək dj-lər olmayacaq.Belə ki, onun Bakı konsertində gənc müğənni Leyla Ramazanlı da çıxış edəcək: “Düşünüb qərara gəldik ki, estradanın gənc, amma istedadlı müğənnisi Leyla Ramazanlı da o konsertdə iştirak etsin.Çox fərqli və maraqlı bir şou hazırlanır”.Bir çox sürprizlərlə bol olan konsert səhərə kimi diskoteka ilə davam edəcək.Gecədə daha bir sürpriz konsertin aparıcısı ilə bağlıdır. Təşkilatçılar, hələ ki, onun adını açıqlamaq istəmirlər.