Alimlər son araşdırmalarında uşaqların doğulduğu ay ilə onların intellekt səviyyələri arasındakı əlaqəni açıqlayıblar.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, bu araşdırma nəticəsində ən ağıllı uşaqların hansı ayda doğulduğu məlum olub.
Alimlər tərəfindən aparılan araşdırma, insanların doğulduqları aydan asılı olaraq fərqli intellekt səviyyələrinə və tiplərinə malik olduqları fikrini ortaya qoyub.
ABŞ-da aparılan bir araşdırma 1 milyon insanın məlumatlarını təhlil edərək, hansı ayda doğulan uşaqların digərlərinə nisbətən daha uğurlu olduğunu ortaya çıxarıb.
Araşdırmanın nəticələrinə görə, sentyabr ayında doğulan uşaqlar digər aylarda doğulan uşaqlara nisbətən akademik baxımdan daha uğurlu olurlar. Sentyabr ayında doğulan uşaqlar təkcə ibtidai sinifdə deyil, orta və ali məktəbdə də digər şagirdlərdən daha uğurlu nəticələr əldə edirlər.
Eyni zamanda, avqust ayında doğulan uşaqlar sentyabrda doğulan uşaqlar kimi akademik uğur qazanmasalar da, onların da idmanda uğur qazandıqları üzə çıxıb. Xüsusilə futbol, basketbol kimi sahələrdə uğur qazandıqları məlum olub. Avqust ayında doğulan ulduz aktyorların sayının daha çox olduğu statistik olaraq da vurğulanıb.
Araşdırmalar göstərir ki, sentyabr-dekabr ayları arasında doğulan uşaqlar təhsil həyatına digərlərindən daha gec başlayır və buna görə də öyrənmə qabiliyyəti daha çox inkişaf edir. Tədqiqatda müzakirə olunan yan məsələlərdən biri də payız və qış aylarında doğulan insanların yay və yaz aylarında doğulanlara nisbətən daha uzun ömür sürməsi olub.
Oksana