Bəzi insanlar ruhlarında dərin bir azadlıq atəşi ilə doğulurlar. Məhdudiyyətlərə, qaydalara tabe olmağa və başqalarının göstərişləri ilə yaşamağa heç vaxt dözə bilməyən bu bürcün insanları öz yollarını cızmağı və müstəqilliklərini sona qədər müdafiə etməyi üstün tuturlar.
AZXEBER.COM Türkiyə mətbuatına istinadən 3 ən azad ruhlu bürcü təqdim edir:
1. Oxatan (22 Noyabr - 21 Dekabr)
Oxatan bürcü azadlığın və müstəqilliyin rəmzidir. Macərapərəst ruhları onları daim yeni üfüqləri kəşf etməyə və məhdudiyyətlərdən uzaq durmağa sövq edir. Oxatanlar üçün qaydalar və sərhədlər, sanki qanadlarını kəsmək kimidir. Fəlsəfi düşüncə tərzləri və nikbin yanaşmaları sayəsində, öz doğrularının ardınca getməkdən heç vaxt çəkinmirlər. Nə bir münasibət, nə də bir iş həyatı onların azadlıq sahəsini məhdudlaşdıra bilməz. Bir Oxatanı idarə etməyə çalışmaq, onu itirməklə eyni mənanı daşıyır.
2. Dolça (20 Yanvar - 18 Fevral)
Yenilikçi və orijinal Dolça bürcü, cəmiyyətin normalarına və ənənəvi düşüncə tərzinə meydan oxumağı sevir. Onlar üçün fərdilik və müstəqillik əvəzolunmazdır. Dolçalar, onlara zorla qəbul etdirilən qaydalara əməl etməkdənsə, özünəməxsus üsullarını inkişaf etdirməyə üstünlük verirlər. Emosional baxımdan da bir qədər məsafəli ola bilən Dolçalar, heç kimə tamamilə bağlı olmaq istəməzlər. Zehni azadlıq onlar üçün hər şeydən önəmlidir və bu səbəbdən məhdudlaşdırıcı hər cür vəziyyətə qarşı müqavimət göstərirlər.
3. Qoç (21 Mart - 19 Aprel)
Enerjili, cəsarətli və öncül Qoç bürcü, liderlik və müstəqillik instinkti ilə doğulur. Onlar başqalarının əmrləri altında işləməkdən və ya yönləndirilməkdən xoşlanmırlar. Öz qərarlarını özləri vermək istəyirlər və təşəbbüs göstərməkdən çəkinməzlər. Qoçlar üçün məhdudlaşdırılmaq, enerjilərini itirmək və motivasiyalarını itirmək deməkdir. Sürətli və atılqan xarakterləri onları daim öz yollarını açmağa və müstəqil şəkildə irəliləməyə təşviq edir.
Oksana