"Arzum böyük səhnədə Qarabağı təmsil edən geyimi daşımaqdır" - Səmra

"Arzum böyük səhnədə Qarabağı təmsil edən geyimi daşımaqdır" - Səmra
MAQAZİN
11:33 05.11.2025
511
"Ən böyük arzum "Miss Universe" yarışmasında iştirak etmək və o böyük səhnədə Qarabağı təmsil edən naxışlardan tikilən geyimləri nümayiş etdirməkdir".
 
AZXEBER.COM xabər verir ki, bunu model Səmra Hüseynova deyib. 
 
O, modellik sənətinin Azərbaycanda daha da çox inkişaf edərək ciddi peşələr sırasına qatılmasını istəyib:
 
"Hazırda olduğum yerdən razı deyiləm. İstərdim ki, Azərbaycan modellik sahəsində də uğurlara imza atsın. Ən böyük arzum isə "Miss Universe" yarışmasına qatılmaq və o böyük səhnədə Qarabağı təmsil edən geyimləri nümayiş etdirməkdir. İki il öncə Ermənistan bu yarışmaya Qarabağ xalçasını təmsil edən atributlardan istifadə edilərək tikilən geyimdə çıxmışdı. Çox istərdim ki, bunu biz özümüz edək. Bilirəm ki, bu gün olduğum yer bir gün məni istədiyim o yerə çatdıracaq".
 
Aysel
OXŞAR XƏBƏRLƏR