Ən çox qatlanan telefonlar satan markalar bəlli oldu - SİYAHI

MARAQLI
15:36 03.06.2024
182
"Counterpoint Research" 2024-cü ilin birinci rübündə ən çox qatlanan telefon satan markaları açıqlayıb.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, "Samsung" şirkəti ilk dəfə "Galaxy Fold" modeli ilə qatlana bilən telefon bazarına girib və bazarda yarışa başlayıb.
 
Daha sonra bir çox istehsalçı öz qatlanan modellərini buraxmağa başlayıb.

Qatlana bilən modellərin qiymətləri əvvəlcə kifayət qədər baha olsa da, getdikcə enib.

Birinci rübün məlumatlarına görə, uzun müddətdir zirvədə olan "Samsung"u Çin istehsalçısı "Huawei" əvəzləyib.

"Samsung"un satışları keçən ilin eyni dövrü ilə müqayisədə 42 faiz azaldığı halda, "Huawei" satışlarını 257 faiz artırmağı bacarıb.

"Huawei"nin bu uğuru əsasən Çində "Mate X5" modelinin satışı və çoxdan gözlənilən 5G dəstəyi ilə bağlıdır.

Bundan əlavə, başqa bir Çin istehsalçısı olan "Honor" satışlarını 4,6 faiz artıraraq bazarda üçüncü yeri tutub.

Qatlana bilən telefon satışlarını 1,4 faiz artıran "Motorola" 4-cü yerdə qərarlaşıb.
 
Mikayıl

OXŞAR XƏBƏRLƏR