Ən nüfuzlu biznesmenlərin adı açıqlandı - SİYAHI

İQTİSADİYYAT
12:03 05.11.2013
2436

"Forbes" jurnalının araşdırmasına görə, ən nüfuzlu biznesmənlər ABŞ və Asiyada yaşıyırlar

"Forbes" jurnalı dünyanın ən nüfuzlu biznesmenlərinin adını açıqlayıb.

Siyahıda olan 12 nəfərin əksəriyyəti texnologiya sektorunda işləyir. "Forbes" jurnalının araşdırmasına görə, ən nüfuzlu biznesmənlər ABŞ və Asiyada yaşıyırlar. Dünyanın ən nüfuzlu biznesmeni "Microsoft" şirkətinin direktoru Bil Qeyts olub. İkinci yerdə isə "Google" şirkətinin rəhbərləri Larri Peydj və Serqey Brin qərarlaşıb. "Facebook"un qurucusu Mark Zukerberq isə siyahıda üçüncü pillədə özünə yer tapıb. Qeyd edək ki, siyahıya liderlik edən Bill Qeyts Meksika maqnatı Karlos Slimanın iki illik liderliyindən sonra təkrar planetin ən zəngin insanı statusuna qayıdıb. Onun hazırki mal varlığı 72 milyard dollar dəyərində qiymətləndirilir. İnternet nəhəngi "Google" şirkətinin rəhbərləri Peydja və Brina isə 24,9 və 24,4 milyard dollar gəliri var. "Facebook" təsisçisi Mark Zukerberq isə 19 milyardlıq büdcəsi var. (anspress)

OXŞAR XƏBƏRLƏR