17:38 çərşənbə, 19 Sentyabr 2018
MARAQLI

Enerji içkilərinin daha bir ziyanı tapıldı: Həkimlər araşdırdı

13:34, 03.05.20183241
Enerji içkilərinin daha bir ziyanı tapıldı: Həkimlər araşdırdı

İngiltərə diş həkimləri birliyi ( The British Dental Association ) nazirləri enerji içkiləri ilə bağlı başlatdıqları kampaniyaya dəstək olmağa çağırıblar.

Milli.Az xarici mətbuata istinadla xəbər verir ki, gün ərzində 170-dən çox uşaq diş çürüməsi problemi ilə diş poliklinikalarına müraciət edir. "The British Dental Association”dan verilən məlumata görə, buna başlıca səbəb enerji içkiləridir.

Belə ki, enerji içkilərinin tərkibindəki kimyəvi maddə və şəkər azyaşlılarda dişlərin sürətlə çürüməsinə səbəb olur.

BDA-nın rəhbəri Mick Armstrong bildirib ki, bir enerji içkisinin tərkibində təxminən 20 qaşıq şəkər var ki, bu da koka kolanın tərkibində olan şəkərdən də çoxdur.

Azyaşlılarda diş çürüməsinin əsas səbəbinin enerji içkiləri olduğunu söyləyən Mik nazirləri enerji içkilərinin yaşı 16-dan az olanlara satılmaması ilə bağlı qərar çıxarmağa səsləyib.

XƏBƏR LENTİ