“Forbes” jurnalı real həyatda ər-arvad olmayan, lakin ekranda cütlük münasibətlərini ən uğurlu canlandıran ulduz cütlüklərin siyahısını açıqlayıb. Siyahıya son 3 ildə çəkilmiş filmlərin qəhrəmanları daxil edilib. Buna görə də Bred Pitt-Ancelina Coli cütlüyü bu siyahıya düşməyib.Birinci yerdə “Alatoranlıq” kinosunda baş rolları paylaşan Kristen Stüart və Robert Pattinson cütlüyü qərarlaşıb. Onlar kinoprokata 1 milyarddan çox gəlir gətiriblər. İkinci yerdə “And” filmində çəkilən Çenninq Tatum və Reyçel Makadams cütlüyü qərarlaşıb. Çenninq Tatum həmçinin “Əziz Con” filmində birlikdə oynadığı Amanda Sayfridlə siyahının 6-cı pilləsində də yer alıb. Siyahının 3-cü pilləsində “Özünü arvadım kimi göstər” filmində cütlük olan Cenifer Eniston və Adam Sendler cütlüyü qərarlaşıb.