Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan futbol üzrə milli yığmanı Fransanı məğlub etmələri münasibətilə təbrik edib.
Ərdoğan bu barədə Tvitter səhifəsində yazıb.
"Təbriklər Türkiyəm!", - Türkiyə prezidenti qeyd edib.
Xatırladaq ki, ötən gün 2020-ci ildə keçiriləcək Avropa Çempionatının seçmə mərhələsi çərçivəsində Türkiyə millisi Fransa millisini 2:0 hesabı ilə məğlub edib. Türkiyə millisi 9 xal yığaraq, H qrupunda birinci yerə yüksəlib. Fransa isə 6 xalla ikinci yerdə qərarlaşıb.
qafqazinfo