01:03 Bazar Günü, 18 Noyabr 2018
DÜNYA

Ərdoğan Həbibi Ankaraya dəvət etdi: Həmzə, onu mənim yanıma gətir

16:52, 01.11.20184944
Ərdoğan Həbibi Ankaraya dəvət etdi: Həmzə, onu mənim yanıma gətir

İstanbul aeroportundakı görüşün bəzi detalları açıqlanıb

 

Xəbər verildiyi kimi, dağıstanlı döyüşçü Həbib Nurməhəmmədov Türkiyənin İstanbul şəhərində 3-cü aeroportun açılışına qatılaraq zalda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Dünən gecə həmin görüşün bəzi detalları açıqlanıb.

AzNews.az Türkiyə mediasına istinadən xəbər verir ki, prezident döyüşçü ilə yarı türk, yarı ingiliscə söhbət edib. Ərdoğan onu irlandlı Konor Makqreqor üzərində parlaq qələbəsinə görə təbrik edib.

Türkiyənin gənclik və idman nazirinin köməkçisi Həmzə Yerlikayanın təşkilatçılığı ilə İstanbula gələn idmançını Ərdoğan Ankaraya - prezident iqamətgahına dəvət edib.

O, Yerlikayaya müraciət edərək belə deyib: "Həmzə, onu sonra mənim yanıma gətir”.

XƏBƏR LENTİ