Ərdoğan: "İlin sonu həyata keçirdiyimiz siyasətin müsbət təsirlərini hiss edəcəyik”

Ərdoğan: "İlin sonu həyata keçirdiyimiz siyasətin müsbət təsirlərini hiss edəcəyik”
DÜNYA
11:15 04.03.2024
118
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan inflyasiyadan təsirlənən Türkiyə üçün həyata keçirilən siyasətlərin ilin sonuna qədər müsbət təsir göstərəcəyinə dair açıqlamalar verib.

AZXEBER.COM xəbər verir ki, Türkiyədə son vaxtlar hədsiz qiymət artımları gündəmdədir.

Prezident Rəcəb Tayyib Ərdoğan Muğlanın Marmaris rayonunda keçirilən Qeyri-Hökumət Təşkilatları və Rəy Liderlərinin Yığıncağında çıxışında bu məsələyə toxunub.

İnflyasiya qarşısında vətəndaşların yaşadığı çətinliklərə diqqət çəkən Ərdoğan deyib:

"Bazar reallıqlarından qoparaq, baha qiymətləri artıraraq xalqımızdan sui-istifadə edənlərə qarşı mübarizəmizi davam etdirəcəyik. Biz qiymət sabitliyinə və antiinflyasiya yanaşmasına xələl gətirmədən inkişafa yönəlmiş iqtisadi proqramımıza uyğun olaraq lazımi addımları atırıq və atacağıq. İlin sonuna yaxın biz həyata keçirdiyimiz siyasətin müsbət təsirlərini hiss etməyə başlayacağıq. Bu prosesdə biz istehsal edən, ixrac edən, işləyən və iqtisadiyyatımıza töhfə verən hər kəsi dəstəkləməyə davam edəcəyik”.

Ayşən
OXŞAR XƏBƏRLƏR