Ərdoğan: İsrail və İran fərqli şeylər deyir

Ərdoğan: İsrail və İran fərqli şeylər deyir
DÜNYA
19:47 19.04.2024
160
İsrail və İran fərqli şeylər deyir.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə namazından sonra jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, həm Tehran, həm də Təl-Əviv müxtəlif mövqelər ortaya qoyurlar: "ABŞ-nin çoxsaylı açıqlamaları göstərir ki, bu dövlət İsrailin yanındadır. Hər kəs Fələstinin, ABŞ isə İsrailin yanındadır. Onsuz da fərqli davranış gözləmirdik”.

Xatırladaq ki, İran aprelin 13-də İsrail ərazisinə intensiv raket zərbələri endirib.

İsrail isə ötən gecə İrandakı bir sıra obyektlərə hücum təşkil edib.
OXŞAR XƏBƏRLƏR