Ərdoğan-Putin görüşü ilə bağlı ABŞ-dan ilk açıqlama- “Türkiyəyə minnətdarıq”

Ərdoğan-Putin görüşü ilə bağlı ABŞ-dan ilk açıqlama- “Türkiyəyə minnətdarıq”
DÜNYA
20:20 05.09.2023
310
ABŞ Dövlət Departamenti Soçidə keçirilən Putin-Ərdoğan görüşü ilə bağlı bəyanat yayıb. 

AZXEBER.COM xarici mətbuata istinadla xəbər verir ki, Türkiyə Prezidenti Ərdoğanın Rusiya Prezidenti Vladimir Putinlə Soçidə keçirəcəyi görüşlə bağlı ilk açıqlama ABŞ-dan verilib. 

Bəyanatda ABŞ və BMT-nin Türkiyəyə minnətdar olduğu bildirilib. Rusiyaya taxıl sazişini yerinə yetirmək üçün çağırış edilib. 

Qeyd edək ki, dünyanın nəzərində olan sammitdə əsas gündəm Rusiyanın birtərəfli qaydada ləğv etdiyi taxıl sazişi olub.
 
Putin bildirib ki, Rusiya taxıl məhsullarının ixracına tətbiq edilən sanksiyalar aradan qaldırılarsa, onlar müqaviləni yenidən həyata keçirə biləcəklər. 

Şəbnəm
OXŞAR XƏBƏRLƏR