Ərəblər bunu da etdi - Qızıl ayaqqabı

MARAQLI
13:42 11.11.2013
1335
Məşhur italiyalı dizaynerAlberto Morettinin 24 karatlıq qızıldan qadın və kişi ayaqqabıları Dubayda satışa çıxarılıb.
Ayaqqabılar "Level Shoe District" butikində satılacaq. Ayaqqabıları Dubaya ixrac edən şirkətin nümayəndəsiRaniya əl-Mərsideyib ki, Fars körfəzi ölkələrindəki müştərilər çox imkanlıdırlar və dəbdəbəli həyat tərzini çox sevirlər. Bu səbəbdən də qızıl ayaqqabılar məhz Dubayda satışa çıxarılıb.
"Həyatda hər şeyi görmək imkanına malik olmuş müştərilər bilməlidirlər ki, doğrudan da eksklüziv bir şey ala bilərlər", - o əlavə edib.Ayaqqabılar tamamilə əl işidir. Moretti ayaqqabının hazırlanmasında əsas xammal kimi məxbərdən istifadə edib. Sonradan onun üzərindən təmiz qızıl çəkilib.Morettinin hazırladığı və Dubayda satışa çıxarılan ayaqqabıların qiyməti 4 - 4,8 min dollardır.Gələcəkdə ayaqqabılar başqa ölkələrdə də satışa çıxarılacaq.(milli.az)
OXŞAR XƏBƏRLƏR