Əri Səidənin mülklərini mənimsəyib? - İDDİA

Əri Səidənin mülklərini mənimsəyib? - İDDİA
MAQAZİN
11:56 04.11.2025
153
Müğənni Səidə Dadaşovanın həyat yoldaşı haqda qalmaqallı fikirlər səsləndirilib.
 
AZXEBER.COM xəbər verir ki, onun Səidənin mülklərini mənimsədiyi iddia edilib.
 
"Öz aramızda" verilişində qonaq olan Səidə iddialara cavab verib:
 
"Bu söhbətlər bizi heç vaxt maraqlandırmayıb. Bəsdirin mal-mülk, şan-şöhrət dalınca qaçıdınız. Mənim evim oğlum Rafaelin, avtomobilim də öz adımdır. İlk evimi satanda mən yoldaşıma özüm dedim ki, yeni evi alanda sən öz adına al. Bunu da etməyimdə səbəblərim var idi. Çünki mənim başımı aldatmaq çox asanddır.
 
Onlar (Anası və xalasını nəzərdə tutur) evi mənə satdırıb pulunu yeyəcəkdilər. Çünki onlar daha əvvəl mənim xabərim olmadan məni qeydiyyatdan da çıxartmışdılar. Ona görə də mən özüm hər şeyi yoldaşımın adına etmişdim, indi isə hər şey oğlumun adınadır".
 
Aysel

OXŞAR XƏBƏRLƏR