Türkiyənin İstanbul şəhərində arvadını qətlə yetirən Engin Çaylak ilk dəfə ifadə verib.
AZXEBER.COM-un verdiyi məlumata görə, qatil ər öldürdüyü Tülay Çaylak haqqında şok iddialar səsləndirib.
Belə ki, Engin Çaylak arvadının onu aldatdığını və seks manyakı olduğunu bildirib. Onun dediyinə görə, xanım Çaylak gecə ərini yuxu dərmanı ilə yatıraraq evə başqa kişiləri gətirib.
Qeyd edək ki, Engin Çaylakın cinayət etdiyi zaman atipik psixoz xəstəliyinin təsiri altında olduğu barədə sənədi var.
Mərhum qadının ailəsi isə cinayətin qisqanclıq zəminində baş verdiyini iddia edir.