Erməni boksçu Arutyun Avetisyan Moskvada bir qadını döyüb və bıçaqla hədələyib.
Bu barədə "112” "Telegram” kanalı xəbər verib.
27 yaşlı Alcanat Omarovanın dediyinə görə, o, əvvəllər Arutyunu tanıyıb, belə ki, onun yaxın dostu ilə bir müddət görüşüb.
Həmin günü onlar qızın keçmiş sevgilisinin evinin yaxınlığındakı mağazada rastlaşıblar. Bokçsu qızı dostunu hələ də izləməkdə ittiham edib. Qız isə bu iddialardan təəccüblənərək Arutyuna böyük fantaziyası olduğunu deyib və onu "xəstə” adlandırıb.
Bundan sonra boksçu hirslənib, qızı boğmağa başlayıb, bıçaqla hədələyib, həmçinin üzündən bir neçə dəfə vurub.
Hazırda faktla bağlı yoxlamalara başlanılıb.