Erməni deputat: “Bakıda bizim deyəcəyimiz sözlər var” - İDDİA

İDMAN
09:47 31.03.2012
1635

“Bakıda bizim deyəcəyimiz sözlər var”. Bunu Azərbaycanda keçiriləcək “Avronest” PA-nın plenar sessiyasında iştirak edəcək Ermənistan nümayəndə heyətinin üzvü, deputat Ovanes Saakyan keçirdiyi mətbuat konfransında bildirib.

Saakyan rəsmi Bakı tərəfindən təhlükəsizliıkə bağlı təminat verdiyini açıqlayıb.

Onun sözlərinə görə, Azərbaycana erməni parlamentində təmsil olunmuş bütün siyasi qüvvələrin nümayəndələri qatılacaq. Erməni nümayəndə heyəti 10 nəfərdən ibarət olacaq. Erməni nümayəndə heyəti sessiyada bir sıra məsələləri qaldırmaq niyyətindədir.Qeyd edək ki, “Şərq əməkdaşlığı”nın üzvü olan ölkələrin parlament assambleyası “Avronest”-in plenar sessiyası aprelin 1-4 –də Bakıda keçiriləcək.

OXŞAR XƏBƏRLƏR