‘Erməni hərbiçisinin Kəlbəcərdə və digər 6 rayonda nə işi var?’ – Bahar Muradova

‘Erməni hərbiçisinin Kəlbəcərdə və digər 6 rayonda nə işi var?’ – Bahar Muradova
SİYASƏT
18:45 18.07.2014
1655

Azərbaycan Respublikası Milli Məclisinin sədr müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova işğal altında olan Kəlbəcər rayonuna getmiş 3 azərbaycanlının ermənilər tərəfindən girov götürülməsi ilə bağlı ATƏT PA-nın prezidenti İlkka Kanervaya məktub ünvanlamışdır. 

AZXEBER.COM-un məlumatına görə, müraciətdə öncə Assambleyanın Bakıda keçirilmiş 23-cü illik sessiyasının uğurlu nəticələrindən, xüsusilə sənədlərdə Helsinki yekun aktının 10 prinsipinin pozulmasına qarşı yönəlmiş əlavə müddəanın da yer aldığından məmnunluq ifadə olunur. Lakin, eyni zamanda bu prinsiplərin yerinə yetirilməsində problemlərin mövcud olduluğuna diqqət yönəldilir. Bununla bağlı məktubda qeyd olunur:

“Sizin də çox fəal şəkildə qatıldığınız bu müzakirələr bir daha sübut etdi ki, assambleyamız lazım gəldiyi anda hamımız üçün vacib olan məsələlər ətrafında çox prinsipial qərarlar qəbul edə bilir. Amma təəssüf ki, onların yerinə yetirilməsinə gəldikdə yenə də acizlik nümayiş etdiririk. Ukraynadakı son faciəli hadisələr bunu bir daha sübut edir. Axıdılan qardaş qanı təkcə üz-üzə duran tərəflərin deyil, eləcə də onları qızışdıran dairələrin, o cümlədən bu hadisələrə laqeyd qalan beynəlxalq qurumların da vicdanını sınağa çəkir. Ermənistan Respublikasının təcavüzkar siyasəti nəticəsində zorən cəlb olunduğumuz Dağlıq Qarabağ münaqişəsinin 22 illik tarixindəki acı təcrübəmiz mənə bunu söyləməyə əsas verir”.

Bunun ardınca vitse spiker məktubda Kəlbəcər rayonu ərazisində ermənilər tərəfindən girov götürülmüş azərbaycanlıların taleyi ilə bağlı dərin narahatlığını ifadə etmişdir:“Heç bir halda düşünmək istəməzdim ki, Bakı deklarasiyası da əhəmiyyətsiz fikirlər yığnağına çevriləcək. Faktlar isə düşüncələrimin doğruluğunu bir daha isbat edir. Sessiyadan sayılı günlər keçməsinə baxmayaraq Ermənistan tərəfi yenə də bu prinsipləri kobud şəkildə pozaraq cari il iyunun 10-da ata-baba yurdu Kəlbəcəri görmək və əzizlərinin qəbirlərini ziyarət etmək üçün doğma kəndinə getmiş 3 azərbaycanlını girov götürmüş, erməni mətbuatında deyildiyi kimi, dəhşətli işgəncələrə məruz qoymuşdur. Ermənistan Müdafiə Nazirliyi öz saytında yerləşdirdiyi bəyanatında isə qeyd edir ki, azərbaycanlı girovlara qarşı “sərhədi qanunsuz keçmək, qətl törətməyə cəhd və s. maddələr üzrə  cinayət işi qaldırılacaq”, çünki bu 3 nəfər azərbaycanlı “beynəlxalq hüquqda təsbit edilmiş qanunları və müharibə ənənəsini kobud şəkildə pozmuşdur”. Sual olunur: beynəlxalq hüququ və Helsinki yekun aktının prinsiplərini Kəlbəcər rayonu da daxil olmaqla, Azərbaycana qarşı Ermənistanmı pozub, yoxsa öz doğulduğu kəndi ziyarət edən Azərbaycan vətəndaşımı? Erməni hərbiçisinin Kəlbəcərdə və digər 6 rayonda nə işi var? Kəlbəcərlə Azərbaycanın digər regionları arasında sərhədi kim çəkib? Və bu “sərhədin pozulması” barədə niyə Ermənistanınmüdafiə naziri məhz Ermənistan prezidenti Sarkisyana hesabat verir?Bu,özü-özlüyündə“Dağlıq Qarabağ Respublikası” deyilən oyuncaq qurumun müstəqil fəaliyyət göstərdiyi və 20 % Azərbaycan ərazisinin işğalı ilə Ermənistanın heç bir əlaqəsinin olmadığı haqda deyilənlərin bir mif olduğunu sübut etmirmi? Və ərazidə baş verən bütün qeyri-qanuni hərəkətlərə görə məhz Ermənistanın məsuliyyət daşıdığını aşkar şəkildə göstərmirmi?”.

Sonda Bahar Muradova ATƏT PA prezidentinin bu müraciətə biganə qalmayacağına inamını ifadə etmiş və bütün imkanlardan istifadə edərək girovluqda olan azərbaycanlıların azad olunmasına çalışmasını və Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin baş vermiş bu hadisəyə münasibət bildirməyi təmin etməsinixahiş etmişdir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgildir?
16:44 09.06.2026
Məşhur şoumen 21 yaşlı fenomenlə sevgildir?
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
14:49 09.06.2026
BakıKart kartlarının qiyməti qaldırılır - Bu qiymətə olacaq
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
14:49 09.06.2026
Keçmiş deputatlığa namizəd Prezidentə təşəkkür etdi
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
14:44 09.06.2026
Ebola böhranı dərinləşir: yoluxma və ölüm sayı artır
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
14:21 09.06.2026
ABŞ-də “ət yeyən parazit” ikinci ştatda da aşkarlandı
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
14:16 09.06.2026
Hacıbəy Heydərli: "Sosial şəbəkələrə giriş məhdudiyyəti uşaqların rəqəmsal təhlükəsizliyi və sağlamlığı üçün vacibdir"
Bakıda 78 nəfər XII sinfi bitirir
14:02 09.06.2026
Bakıda 78 nəfər XII sinfi bitirir