Erməni şərhçi separatçı rejimə yardımlar edib

Erməni şərhçi separatçı rejimə yardımlar edib
İDMAN
17:18 10.06.2021
539
"Arustamyanın Bakıdakı oyunlara akkreditasiyasının bloklanması qətiyyən onun etnik mənşəyi ilə bağlı məsələ deyil”.

Bunu "Report”a açıqlamasında Qol.az saytının baş redaktoru, əməkdar jurnalist Aydın Bağırov Rusiyanın "Matç TV” telekanalının şərhçisi Nobel Arustamyanın AVRO-2020-nin Bakıdakı oyunlarına akkreditasiya ala bilməməsinin səbəbi barədə danışarkən deyib.

O bildirib ki, indiyədək Azərbaycanda keçirilmiş böyük idman yarışlarında Ermənistan həm komanda şəklində təmsil olunub, həm də erməni idmançılar müxtəlif ölkə yığmalarının tərkibində iştirak edib:

"Hətta burada mükafat da qazanıblar. Yəni, onların buraya gəlişi ilə bağlı heç bir problem olmayıb, dövlət onların təhlükəsizliyinə yüksək səviyyədə təminat verib, iştiraklarına şərait yaradıb”.

Bağırov Arustamyanın akkreditasiyasının bloklanmasının Azərbaycanın bir vaxtlar işğal altında olan ərazilərinə qanunsuz səfəri ilə bağlı olduğunu söyləyib:

"Bu günədək bir çox xarici ölkə vətəndaşı, müxtəlif xalqların nümayəndələri bir zamanlar işğal altında olmuş ərazilərimizə qanunsuz səfər etdikləri üçün Azərbaycanın dövlət qurumları, rəsmi Bakı tərəfindən "qara siyahı”ya salınıb, onların ölkəmizə gəlişinə icazə verilməyib. Yalnız bəziləri Azərbaycan tərəfinə üzrxahlığını bildirdikdən sonra kimlərinsə adı həmin siyahıdan çıxarılıb. Arustamyanla bağlı məsələ də sırf bundan qaynaqlanır. Onun Xankəndiyə qanunsuz səfəri olub. Bu gün açıqlamasını oxudum. Özü də etiraf edib ki, Xankindəyə gedib, guya orada futbol turniri adı altında fəaliyyətlə məşğul olub. Amma biz bilirik ki, belə məkirli səfərlərin arxasında hansı niyyətlər gizlənir. Orada separatçı rejimə, döyüşçülərə yardımlar edilib”.

Tanınmış jurnalist AFFA-nın bu məsələ ilə bağlı vaxtında addım ataraq, UEFA-ya müraciət etdiyini vurğulayıb:

"Beləliklə, milli assosiasiya Arustamyanın akkreditasiyasının bloklanmasına nail olub. Bildiyimə görə, təşkilatçı şəhərlərdən biri kimisə bloklayırsa, UEFA avtomatik olaraq həmin şəxsə akkreditasiya vermir. Artıq problem aradan qaldırılsa da, bunun Bakıdakı matçlara aidiyyəti yoxdur. Erməni şərhçi digər şəhərlərdə keçiriləcək oyunlarda iştirak edə biləcək”.

Qeyd edək ki, Avropa çempionatı iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
11:32 26.02.2026
Azərbaycanın Qırğız Respublikasındakı səfirliyində Xocalı soyqırımının xatirəsi yad edilib - FOTOLAR
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
11:20 26.02.2026
İlham Əliyev Xocalı Soyqırımı Memorialının açılışında
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
11:11 26.02.2026
Bu özəl klinikalara onkoloji xidmət üçün icazə veriləcək
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
11:06 26.02.2026
Azərbaycanda iş saatları azaldılır? - Həftənin müəyyən günlərində…
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
11:04 26.02.2026
BDU-nun tələbələrini şantaj edən kimdir? - VİDEO
Alyona Əliyeva paylaşım etdi
10:58 26.02.2026
Alyona Əliyeva paylaşım etdi
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
10:46 26.02.2026
TƏBİB Səhiyyə Nazirliyinə birləşdirilə bilər?
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
10:23 26.02.2026
"Xocalını unutmaq, şəhidlərin ruhuna xəyanət olar"
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
10:13 26.02.2026
XİN rəhbəri: Meksikada baş vermiş son hadisələrlə bağlı səfirliklə əlaqədəyik
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
09:59 26.02.2026
Türkiyə səfiri Xocalı soyqırımının ildönümü ilə bağlı paylaşım edib
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
09:57 26.02.2026
“Prezidentin qrafikində may ayında belə səfər nəzərdə tutulmayıb”
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
09:54 26.02.2026
Ermənistan Bakıdakı tədbirə dəvət olunub? - Nazirdən açıqlama
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
09:51 26.02.2026
XİN başçısı: AZAL təyyarəsinin vurulması məsələsində Azərbaycanın mövqeyi qətidir
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
09:49 26.02.2026
Ceyhun Bayramov: Bu günün reallığı Qarabağa həyatın qayıtmasıdır
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
09:39 26.02.2026
BMT-nin Azərbaycandakı missiyası Xocalı soyqırımının ildönümü ilə bağlı bəyanat yayıb
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım
09:36 26.02.2026
İtaliya səfirindən Xocalı soyqırımı ilə bağlı paylaşım