"Erməni silahlıları sərhəd bölgələrimizi atəşə tutublar" - Müdafiə nazirliyi

"Erməni silahlıları sərhəd bölgələrimizi atəşə tutublar" - Müdafiə nazirliyi
Bütün Xəbərlər
11:18 11.11.2013
799

Cəbhə xəttində bir neçə istiqamətdə atəşkəs rejimi pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Ermənistan

Respublikasının İcevan rayonunun Berkaber, Noyemberyan rayonunun Voskepar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qızılhacılıvə Aşağı Əskipara kəndlərində yerləşən mövqelərimizi atəşə tutublar. Füzuli rayonunun Qaraxanbəyli kəndi yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də silahlı qüvvələrimizin mövqeləri atəşə tutulub.

Düşmən cavab atəşi ilə susdurulub.

OXŞAR XƏBƏRLƏR