Ermənilər tərəfindən döyülən azərbaycanlı xanım Paris Ali Məhkəməsinə müraciət edib

Ermənilər tərəfindən döyülən azərbaycanlı xanım Paris Ali Məhkəməsinə müraciət edib
Bütün Xəbərlər
15:30 12.11.2013
669

Fransa Milli Assambleyasının binasında bu ilin fevral ayında erməni diasporunun nümayəndələri tərəfindən vəhşicəsinə döyülmüş Paris Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva yenidən cinayət işinin açılması üçün Paris Ali Məhkəməsinə müraciət edib.

Bu barədə AZXEBER.COM-a məlumat verən M.Fətəliyevanın sözlərinə görə, hazırda işə baxılması üçün hakim təyin olunmasını gözləyirlər.M.Fətəliyevanın sözlərinə görə, hakim təyin ediləndən sonra iş sıfırdan araşdırılmağa başlayacaq:“Fransada bu cür işlərə baxılması uzun çəkir, yəqin ki, biz bir il ərzində cavab ala biləcəyik. Təəssüf ki, birinci müraciətimiz zamanı istintaq düzgün aparılmadı, lazımı adamlar dindirilmədi. İnanırıq ki, həmin hadisəni törədənlər, təşkilatçılar cəzalarını alacaqlar”.Qeyd edək ki, fevralın 26-da Fransa Milli Assambleyasının binasında M.Fətəliyeva və tələbə Vüsal Hüseynov Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhriki ilə vəhşicəsinə döyülüblər. Bununla bağlı Paris prokurorluğunda cinayət işi açılsa da, bu yaxınlarda iş yetərli sübutlar olmamasını əsas göstərilməklə bağlanıb.

OXŞAR XƏBƏRLƏR