Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb

Ermənilərin atəşkəsi pozması nəticəsində Azərbaycan əsgəri yaralanıb
Bütün Xəbərlər
18:30 12.09.2013
844
Ermənistan silahlı birləşmələrinin atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri yaralanıb.

APA-nın məlumatına görə, hadisə cəbhənin Goranboy istiqamətində qeydə alınıb.

Ordumuzun əsgəri, 19 yaşlı Amil Rasim oğlu İbrahimov düşmən gülləsinə tuş gəlib. Güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindənAPA-ya faktı təsdiqləyiblər. Bildirilib ki, yaralı əsgərin vəziyyəti kafi qiymətləndirilir.

Qeyd edək ki, A. İbrahimov Şəki rayonundan hərbi xidmətə çağırılıb.

OXŞAR XƏBƏRLƏR