Ermənistan və ABŞ-ın "EAGLE PARTNER-2023" birgə hərbi təlimləri sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində keçiriləcək.
Bu barədə ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, təlimlərin məqsədi sülhməramlı əməliyyatlar çərçivəsində beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılmasıdır.
"Sentyabrın 11-dən 20-dək Ermənistanda, xüsusilə də Müdafiə Nazirliyinin N saylı sülhməramlı briqadasının "Zar” təlim mərkəzində və beynəlxalq sülhməramlı missiyalarda iştiraka hazırlıq çərçivəsində "EAGLE PARTNER-2023" adlı birgə təlimlər keçiriləcək”, - məlumatda deyilir.