Ermənistan parlamentinin 44 günlük müharibənin səbəblərini araşdıran komissiyasının məruzəsi spiker Alen Simonyana göndərilib.
Bu barədə müdafiə və təhlükəsizlik məsələləri üzrə komissiyanın səhifəsində bildirilib.
Sənəd qismən açıqlanacaq.
Hələ may ayında komissiyanın rəhbəri Andranik Koçaryan deyib ki, sənəd sentyabrın sonunda - parlamentin növbəti sessiyasında dərc olunacaq.
Komissiya 2022-ci ilin fevralında "Vətəndaş Müqavilə”si fraksiyasının təşəbbüsü ilə yaradılıb. 2020-ci il müharibəsindən əvvəl və müharibə dövründə ölkənin müdafiə və xarici siyasətinə cavabdeh olan şəxslər komissiyanın iclaslarına dəvət edilib.
\apa